Hindistan və Rusiya ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi Nyu-Dehlidə keçirilmiş Hindistan-Rusiya İşçi Qrupunun sənayeləşmə və sənaye əməkdaşlığı üzrə 11-ci iclasının yekunlarına əsasən məlumat verib.
“Hər iki tərəf alüminium istehsalı, gübrə və dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsini, həmçinin dağ-mədən avadanlıqları, geoloji kəşfiyyat və sənaye-məişət tullantılarının idarə olunması sahəsində potensialın artırılması və texnologiyaların ötürülməsini alqışladı”, – deyə nazirlikdən bildirilib.