Ukraynadakı münaqişəni hərbi yolla həll etmək mümkün deyil.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
Diplomat vurğulayıb ki, Vaşinqtonun əsas vəzifəsi döyüş əməliyyatlarını dayandırmaqdır. Bəyanat ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiyaya səfəri fonunda səsləndirilib.
“Həddindən artıq çox insan həlak olmağa davam edir və bu münaqişə hərbi yolla başa çatdırıla bilməz. [Əvvəlki administrasiya] dünyanın ən yaxşı silahlarını – Amerika istehsalı olanları – NATO-dakı müttəfiqlərimizə və Kanadaya satmaq qərarı verdi ki, onlar sonradan bunları Ukraynaya ötürsünlər”, – deyə daimi nümayəndə izah edib.