Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudandakı münaqişə ilə bağlı yaranmış ziddiyyətlər fonunda bu ölkə ilə hava əlaqəsini dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Asharq News” telekanalı məlumat yayıb.
“Sudan və BƏƏ arasında bütün reyslər dayandırılıb”, – deyə məlumatda bildirilir.
Telekanalın mənbələrinin verdiyi məlumata görə, çərşənbə günü Dubaydan və Port-Sudandan uçuş etməyi planlaşdıran sərnişinlər yola düşə bilməyiblər.