Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş tarixi ola bilər.
NOCOMMENT.az bildirir ki, bu barədə Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev X sosial şəbəkəsində bildirib.
“Bu görüş tarixi ola bilər. Dialoq qalib gələcək”, – deyə Dmitriyev qeyd edib.
Xüsusi nümayəndə təsdiqləyib ki, Putinlə Tramp arasında görüş gələn həftə baş tuta bilər. O, iki lider arasında danışıqlara hazırlıqların davam etdiyini bildirib.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putinlə amerikalı həmkarı arasında görüş razılaşdırılıb və yaxın günlərdə baş tutacaq.