Rusiya və Belarus informasiya sahəsində təhdidlərə qarşı əməkdaşlıq edəcəkbackend

Rusiya və Belarus informasiya sahəsində təhdidlərə qarşı əməkdaşlıq edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Belarus süni intellekt (Sİ) texnologiyaları ilə bağlı təhlükəsizliyin təmin edilməsinə yönəlmiş tədbirləri müzakirə ediblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının saytında məlumat verilir.

Tərəflər Rusiya və Belarus vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş növbəti addımları razılaşdırıblar.

Moskva və Minsk Birlik Dövləti üçün informasiya sahəsində yaranan çağırış və təhdidlərin qarşısının alınması məqsədilə dövlət orqanları və təşkilatların iştirakı ilə birgə tədbirlərin keçirilməsini planlaşdırıblar.

Görüşdə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov və Belarus Təhlükəsizlik Şurası dövlət katibinin müavini Aleksandr Neverovskiy rəhbərlik etdikləri nümayəndə heyətlərinə başçılıq ediblər.