Avropa Komissiyası (AK) ABŞ Prezidenti Donald Trampla əldə olunmuş razılaşmalar çərçivəsində ABŞ-a 600 milyard dollar investisiya yatırmağı hüquqi öhdəlik kimi qəbul etmir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Avropa Komissiyasının nümayəndəsi Olof Gillə istinadla xəbər yayıb.
Onun sözlərinə görə, eyni yanaşma ABŞ-dan 750 milyard dollar dəyərində enerji resurslarının alınmasına da aiddir. Gill bildirib ki, bu planlar Avropa şirkətlərinin potensial yatırımlarına dair “ümumi niyyətlər” kimi təqdim olunub və konkret maliyyə öhdəlikləri deyil.
“Avropa Komissiyası bu cür investisiyaları şirkətlərə məcbur etmək səlahiyyətinə malik deyil və belə bir səlahiyyət əldə etməyə də çalışmır. Biz sadəcə niyyətlərimizi bildirmişik,” – deyə o, Brüsseldə keçirilən brifinqdə qeyd edib.
Bununla yanaşı, Trampın Avropa mallarına tətbiq olunan gömrük rüsumlarını 15%-dən yuxarı qaldırmamaq vədini Gill “aydın öhdəlik” kimi qiymətləndirib.