Rusiya yalnız Ukrayna Silahlı Qüvvələri (USQ) Donetsk və Luqansk Xalq Respublikalarının, eləcə də Zaporojye və Xerson vilayətlərinin ərazilərini tərk etdiyi halda atəşkəsə razı ola bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Lenta.ru”ya açıqlamasında BMT-nin bioloji silahlar üzrə keçmiş komissiya üzvü, hərbi ekspert İqor Nikulin bildirib.
“Bəzi şərtlərlə, yəni əgər USQ dörd Rusiya regionunun ərazisini tərk edərsə, məsələn, ABŞ tərəfindən silah embarqosu tətbiq olunarsa, sanksiyalar ləğv edilərsə, bütün aktivlər geri qaytarılarsa — bu kimi şərtlərlə, düşünürəm ki, atəşkəsə getmək olar,” – deyə Nikulin vurğulayıb.
Ekspert həmçinin xüsusi hərbi əməliyyatın əvvəlində qarşıya qoyulan məqsədlərin – Ukraynanın demilitarizasiyası, denasifikasiyası və bloka qoşulmayan statusunun təmin edilməsinin vacibliyinə diqqət çəkib. Nikulin əlavə edib ki, Rusiya üçün qısamüddətli atəşkəs məqsədəuyğun deyil.