AQTİ mobil internet və GPS xidməti üçün 68 min manatlıq müqavilə bağlayırbackend

AQTİ mobil internet və GPS xidməti üçün 68 min manatlıq müqavilə bağlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) baytar həkimlərinin yoxlamaları zamanı istifadə etdikləri mobil qurğuların internet paketi ilə təmin edilməsi, eləcə də xidməti avtomobillərə GPS avadanlıqlarının quraşdırılması və aylıq texniki xidmətlərlə bağlı satınalma prosedurunu tamamlayıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın qalibi “A+A Security” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 68.853 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun rəhbəri Əli Tahir oğlu Nəbiyevdir. Layihənin məqsədi AQTİ əməkdaşlarının iş prosesində operativliyi və nəzarəti artırmaqdır.