Rusiya ABŞ-la Ukrayna üzrə ərazi razılaşması kontekstində Xerson və Zaporojye vilayətlərində hərbi irəliləyişini dayandıra bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.
“Agentliyin mənbələrinin sözlərinə görə, rəsmi şəxslər tərəfindən müzakirə olunan razılaşma şərtlərinə əsasən, Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərində hazırkı cəbhə xətləri boyunca hücum əməliyyatlarını dayandıracaq,” – deyə xəbərdə bildirilir.