Ali Radanın komitə sədri: Azərbaycan və Ermənistan nəhayət Rusiyaya baxmadan əməkdaşlıq etmək imkanı əldə edirlər – RƏYbackend

Ali Radanın komitə sədri: Azərbaycan və Ermənistan nəhayət Rusiyaya baxmadan əməkdaşlıq etmək imkanı əldə edirlər – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Azərbaycan və Ermənistan arasında Donald Trampın iştirakı ilə Vaşinqtonda əldə edilmiş razılaşma son dərəcə müsbət qarşılanır.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Ali Radasının komitə sədri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Nikita Poturayev bildirib.

Onun fikrincə, Rusiya Federasiyasının dünyanın istənilən bölgəsində mövqelərinin zəifləməsi, sabitliyin güclənməsinə və təcavüzkarın yaxın və uzaq qonşularına qarşı işğalçı və təcavüzkar siyasətini davam etdirmək üçün daha az imkan əldə etməsinə gətirib çıxarır:

“Bu razılaşmalar şübhəsiz ki, həm Ermənistan, həm də Azərbaycan üçün son dərəcə müsbətdir, hər iki ölkə qarşısında çox yaxşı və uzunmüddətli perspektivlər açır. Çünki nəhayət bu ölkələr – Azərbaycan və Ermənistan Rusiyaya baxmadan birbaşa təmasla əməkdaşlıqlarını inkişaf etdirmək imkanı əldə edirlər”.

O, qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsi göstərdi ki, ölkələr öz gücləri hesabına məsələni həll edə bilirlər:

“Rusiya ona qədər erməni ordusunu yalnız öz maraqları naminə silahlandırırdı. Bu onun Ermənistan ilə vicdanlı müttəfiqliyi deyildi. Ümumiyyətlə, bu, Rusiyanın Ermənistana münasibətinin daha bir nümunəsidir. Bu, məhz Rusiyanın dostlarının, müttəfiqlərinin olmadığının, yalnız digər ölkələri və xalqları istismar etmək maraqlarının olduğunun çox əyani nümunəsidir”.

N.Poturayev bəyan edib ki, Azərbaycan və Ermənistanın artıq qarşılıqlı anlaşmanın belə səviyyəsini nümayiş etdirmələri, şübhəsiz ki, rəsmi Bakının etibarlı tərəfdaş olduğunu göstərdi.