Qaradağ İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildibackend

Qaradağ İcra Hakimiyyətinin 150 minlik tenderi ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv edilib.

NOCOMMENT.az tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.

Bildirilir ki, qurumun tabeliyində olan Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi yolların əsaslı təmirini həyata keçirmək üçün müsabiq elan edib.

İcra Hakimiyyətinin bu işləri görmək üçün 149 min 69 manat vəsait ayırdığı qeyd edilir. Lakin tenderin ləğv edilməsinin səbəbi qanunun tələbinin pozulması olub. Belə ki, İcra Hakimiyyəti satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasını gözardı edib.

Xatırladaq ki, Qaradağ rayonun icra başçısı Süleyman Mikayılovdur.