Saleh Məmmədovun “sevimlisi”, tender “kralı” Qəbələdə qalib oldubackend

Saleh Məmmədovun “sevimlisi”, tender “kralı” Qəbələdə qalib oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyi H. Əliyev prospekti, Nizami və H. Aslanov küçələrində aparılacaq əsaslı təmir işlərinin satın alınması üçün tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “ATF” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tərəflər arasında 404.579,96 AZN məbləğində müqavilə bağlanması gözlənilir.

Şirkətin nizamnamə kapitalı 20 min manatdır və rəhbəri Azad Muradov Əzim oğludur.

Qeyd edək ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Qəbələ Şəhər İnzibati Ərazi Nümayəndəliyinin nümayəndəsi isə Qəribov Ramil Yaşar oğludur.

Mediada gedən məlumatlara görə Tenderlər “kralı” kimi bilinən, dövlət qurumlarının, ən əsas da Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-da) “sevimli” şirkəti ATF MMC-dir.