Ukrayna artıq müstəqillik savaşından sağ çıxıb, lakin ölkənin “parçalanmaması” üçün bir az daha vaxt lazımdır.
NOCOMMENT.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski 12 avqustda “Gənclər burada” forumunda deyib.
“Az adam başa düşür ki, Ukrayna artıq müstəqillik uğrunda bu müharibədən sağ çıxıb. Sadəcə vaxt lazımdır ki, biz sınmayaq. Kim olursa olsun”, – deyə Ukrayna lideri bildirib.
Zelenski vurğulayıb ki, müharibəni başa çatdırmaq üçün öz həqiqətinə sadiq qalmaq vacibdir. O əlavə edib ki, nə qədər çətin olsa da, ən vacib olan – azadlıq və müstəqillik – əldən verilməməlidir.