Stefançuk: Referendumla belə ərazi bütövlüyü pozula bilməzbackend

Stefançuk: Referendumla belə ərazi bütövlüyü pozula bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyaya qarşı ərazilərin mübadiləsinə, hətta referendum yolu ilə belə, getməyəcək, çünki bu, qanunvericiliyə ziddir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk “Ukrinform”a bildirib.

“Bu məsələ referendum vasitəsilə belə həll edilə bilməz. Xatırlatmaq istəyirəm ki, referendum haqqında qanunu qəbul edərkən əsas məqam odur ki, referendumda belə Ukraynanın ərazi bütövlüyü pozula bilməz”, — deyə Stefançuk qeyd edib.

O, bildirib ki, bu prinsip heç kimin tərəfindən pozula bilməz və xarici siyasətçilərdən bu faktı nəzərə almalarını istəyib.