Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen In ilə telefon danışığı aparıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat verilib.
Danışıqlar zamanı Putin Şimali Koreyanın Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətindən çıxarılmasında göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Bundan əlavə, Rusiya lideri Kim Çen Inı yaxınlaşan milli bayram — Koreyanın Yaponiya müstəmləkəçiliyindən azad edilməsinin 80-ci ildönümü münasibətilə təbrik edib. Şimali Koreya lideri cavab olaraq bildirib ki, ölkədə bu bayram ümumi sayılır və Qırmızı Ordunun işğalçılara qarşı mübarizədəki rolu unudulmur.
Söhbət zamanı tərəflər Rusiya və Şimali Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Müqavilə çərçivəsində dostluq, qonşuluq və əməkdaşlıq münasibətlərinin inkişafına sadiqliklərini təsdiqləyiblər. Liderlər qarşıdakı şəxsi görüşlər barədə razılığa gəliblər.
Bundan əlavə, Putin Kim Çen Ina Alyaskada ABŞ lideri Donald Trampla keçiriləcək görüş haqqında məlumat verib.