Zelenski: Ukrayna Donbasdan çıxmayacaqbackend

Zelenski: Ukrayna Donbasdan çıxmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Donbasdan çıxmayacaq, çünki bu, Rusiyaya qarşı yeni münaqişəyə yol açacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu dövlət başçısı Vladimir Zelenski “RBC-Ukrayna”ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kiyev bunu edə bilməz, çünki “ərazilər qanunsuz olaraq işğal olunub”. Zelenski hesab edir ki, “Donbas ruslar üçün gələcək yeni hücumun dayaq nöqtəsidir”.

“Biz Donbasdan çıxmayacağıq. Əgər biz öz istəyimizlə və ya təzyiq altında çıxsaq, üçüncü müharibəni açacağıq”, — deyə Zelenski vurğulayıb.

Avqustun 9-da Ukrayna prezidenti bildirib ki, ölkəsi torpağını Rusiyaya vermək niyyətində deyil. O, bunun ölkə konstitusiyasına zidd olduğunu və buna heç kimin imtina etməyəcəyini və edə bilməyəcəyini deyib.