Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri Donald Trampın görüşü təkbətək formatda da keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının mətbuat katibi Karolin Levitt məlumat verib. Onun brifinqinin yayımını Ağ Ev-in YouTube kanalı aparıb.
“Bəli, bu planın bir hissəsidir”, — Levitt təkbətək görüşün planlaşdırılıb-planlaşdırılmadığı sualına cavab verərkən deyib.