Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddubackend

Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar Rayon İcra Hakimiyyəti Büdcədən kənar vəsaitləri hesabına Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması üzrə tender keçirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi “ANA-YOL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 430,719.85 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir. 

“32gun.az”-ın əldə etdiyi məlumata görə, qalib şirkətin 14,715.62 AZN məbləğində vergi borcu mövcuddur.

Bildirək ki, alib şirkətin nizamnamə kapitalı cəmi 10 AZN-dir və qanuni təmsilçisi Ədalət Tariverdiyev Qeysəddin oğludur.

Qeyd edək ki, Qusar Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Sahir Məmmədxanovdur.