İran XİN rəhbəri ABŞ-ın sanksiyalarını insanlığa qarşı cinayət kimi tanımağa çağırıbbackend

İran XİN rəhbəri ABŞ-ın sanksiyalarını insanlığa qarşı cinayət kimi tanımağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi, aşağı həyat səviyyəsi olan ölkələrdə yüz minlərlə insana təsir edən ABŞ sanksiyalarının insanlığa qarşı cinayət kimi tanınmasını tələb edib.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

“ABŞ və onun tərəfdaşlarının qeyri-insani sanksiyalarını bəşəriyyətə qarşı cinayət kimi tanımağın vaxtıdır. Sanksiyaya məruz qalan ölkələr [bu məhdudiyyətlərə] vahid reaksiya formalaşdırmaq üçün səyləri əlaqələndirməlidir”, – deyə Əraqçi X-də yazıb.

Nazir “The Lancet” də dərc olunmuş araşdırmanın nəticələrinə istinad edib . Alimlərin nəticələrinə görə, ABŞ və Avropanın iqtisadi sanksiyalarının aşağı yaşayışlı ölkələrin səhiyyə sistemlərinə mənfi təsiri 1971-ci ildən 2021-ci ilə qədər hər il 560 mindən çox insanın vaxtından əvvəl ölümünə səbəb olub ki, bu da eyni dövrdə hərbi münaqişələrdə illik ölüm göstəricisindən 5 dəfə çoxdur. Araşdırmada dünyanın 152 ölkəsinə qarşı sanksiya halları təhlil edilib.

Tədqiqatçıların fikrincə, Avropa və Amerika sanksiyaları adi vətəndaşlar üçün BMT-nin tətbiq etdiyi məhdudiyyətlərdən daha ağır nəticələrə gətirib çıxarır, çünki Vaşinqton və Brüssel əhalinin həyat şəraitinin pisləşməsini bəyənmədikləri rejimlərin siyasi rəhbərliyinə təzyiq üçün qanuni alət hesab edirlər.