Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Dərman ləvazimatlarının satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, musabiqənin qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti olub. Tərəflər arasında dəyəri ilə 78.987,3 AZN olan müqavilə bağlanıla bilər
Şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur. Lakin mətbuatda yayımlanan və təkzib olunmayan məlumatlara əsasən, “Azəri Med”in əslində Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir.
Qeyd edək ki, “Azəri Med” xəstəxana, aptek və distribyutorları əczaçılıq məhsulları, tibbi cihazlar, sərf materialları və qida əlavələri ilə təmin edir. Şirkətə həmçinin “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aptek” kimi brendlər də daxildir.
Xatırladaq ki, Ramin Rzayev 2025-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.