Ukrayna “Başqa Ukrayna” hərəkatının 12 üzvünə qarşı iş açıbbackend

Ukrayna “Başqa Ukrayna” hərəkatının 12 üzvünə qarşı iş açıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət Platforması – Ömürlük” partiyasının keçmiş lideri Viktor Medvedçukun rəhbərlik etdiyi “Başqa Ukrayna” hərəkatının bir sıra üzvlərinə qarşı cinayət işi açıb.

NOCOMMENT.az bildirir ki, bu barədə SBU Telegram kanalında məlumat verilib.

İş dövlətə xəyanət, əməkdaşlıq, Rusiya Federasiyasının hərəkətlərinə bəraət qazandırmaq, dövlət hakimiyyətini dəyişdirməyə və ya ələ keçirməyə çağırış maddələri ilə açılıb.

Siyahıya Denis Jarkix, Artem Marçevski, Roman Kovalenko, Ruslan Kalinçuk, Yakov Taksyur, Yuri Dudkin, Ruslan Kotsaba, Natalia Xoroşevskaya, Boqdan Qiqanov, Oleq Yasinski və Aleksandr Lazarev daxildir. Onlara qiyabi ittiham irəli sürülüb. Bundan əlavə, əvvəllər Polşada saxlanılan Kirill Molçanov barəsində də iş açılıb.