Ordu generalı Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə qərar Türkiyənin “Rəsmi” qəzetində çıxıb.
Bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.
Qeyd edək ki, Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviridir. Ona bir neçə gün əvvəl ordu generalı rütbəsi verilmişdi.