Peskov: Putin-Tramp sammitinin nəticələrini qabaqcadan proqnozlaşdırmaq səhvdirbackend

Peskov: Putin-Tramp sammitinin nəticələrini qabaqcadan proqnozlaşdırmaq səhvdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın sammitinin nəticələrini qabaqcadan proqnozlaşdırmamağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA “Novosti” yayıb.

Peskovun sözlərinə görə, hazırda “irəli qaçmaq və nəticəni əvvəlcədən təxmin etməyə çalışmaq səhv olardı”.

Brifinq zamanı Kremlin nümayəndəsi bildirib ki, görüşün yekununda Putin və Tramp əldə olunacaq razılaşma və anlaşmaların dairəsini müəyyən edəcəklər. Onun sözlərinə görə, birgə mətbuat konfransı keçiriləcək.

Eyni zamanda, ABŞ prezidenti Putinlə birgə mətbuat konfransı keçirəcəyini təsdiqləməyib.