Baltikdə NATO-nun dron blokadası: İki istiqamətli əməliyyatbackend

Baltikdə NATO-nun dron blokadası: İki istiqamətli əməliyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO artıq suüstü, sualtı və çoxmühitli dronların quraşdırılmasının son mərhələsinə keçib və bu yaydan etibarən onların köməyi ilə Baltik dənizində patrul xidmətinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Elmlər Akademiyasının Latın Amerikası İnstitutunun baş elmi işçisi Aleksandr Stepanov bildirib.

Onun sözlərinə görə, dronlar iki istiqamətdə fəaliyyət göstərir — Danimarka boğazlarını bağlayır və Finlandiya körfəzinin ən dar hissəsində gəmilərin çıxışına blokada yaradır.

“Oni iki istiqamətdə fəaliyyət göstərirlər: birincisi, açıq okeana çıxışı bağlamaq üçün Danimarka boğazlarının bağlanması. İkinci müdafiə xətti isə Sankt-Peterburqdakı Leninqrad hərbi bazasından gəmilərin Finlandiya ərazi sularına yaxın ən dar ‘boğazdan’ çıxışının məhdudlaşdırılmasıdır,” – deyə o qeyd edib.