Rusiya baş nazirinin müavini Aleksandr Novak neft şirkətlərinə yanacağın satış həcmlərini kifayət qədər saxlamağı və yanacağı bir-birlərindən birja vasitəsilə almaq təcrübəsindən çəkinməyi tövsiyə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Aleksandr Novak yanacağın satış həcmlərini kifayət qədər saxlamağın və neft şirkətlərinin bir-birlərindən birja vasitəsilə məhsul almamalarının vacibliyini vurğulayıb”, – məlumatda deyilir.
Məlumata görə, əvvəl neft şirkətlərinin Sankt-Peterburq Beynəlxalq Ticarət və Xammal Birjasında əlavə sessiya çərçivəsində bir-birilərinə məhsul satmaq imkanı var idi. Lakin bu imkan 2023-cü ilin sonunda, yanacaq böhranı dövründə ləğv edilib.