Putin Hindistanı təbrik edibbackend

Putin Hindistanı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Prezident Draupadi Murma və Baş nazir Narendra Modini Hindistanın Müstəqillik Günü münasibətilə təbrik edib.

NOCOMMENT.az bildirir ki, bu barədə Kremlin rəsmi saytında dərc olunmuş təbrikdə deyilir.

“Hörmətli xanım Prezident, hörmətli cənab Baş nazir, Hindistanın milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ölkəniz beynəlxalq aləmdə layiqli nüfuza malikdir və ən mühüm qlobal problemlərin həllində fəal iştirak edir”, – Rusiya lideri qeyd edib.

Putin vurğulayıb ki, Rusiya Hindistanla xüsusi imtiyazlı strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir. Bundan əlavə, o, respublika rəhbərliyinə “sağlamlıq və uğurlar, bütün Hindistan vətəndaşlarına isə xoşbəxtlik və firavanlıq” arzulayıb.

Avqustun 8-də Modi Putinlə telefonla danışdığını deyib və Ukraynadakı münaqişə ilə bağlı son hadisələri bölüşdüyünə görə Rusiya liderinə təşəkkür edib .

Avqustun 7-də Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval bildirib ki, Putin ilin sonunda Hindistana səfər edəcək və orada Modi ilə danışıqlar aparacaq. Rəsminin sözlərinə görə, hazırda iki ölkənin münasibətləri çox yaxındır və Nyu Dehli bunu yüksək qiymətləndirir.