Xarkov vilayətində məcburi təxliyə elan edilibbackend

Xarkov vilayətində məcburi təxliyə elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin Odnorobovka kəndində uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib.

NOCOMMENT.az bildirir ki, bu barədə Xarkov Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Sinegubov Telegram -da məlumat verib.

“Təhlükəsizliklə əlaqədar Boqoduxov rayonunun Zoloçiv icmasının Odnorobovka kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi barədə qərar qəbul edilib”, – Sinegubov bildirib.

Onun sözlərinə görə, kənddə iki ailə qalıb. Onlar 5-12 yaş arası beş uşaq böyüdürlər.

Daha əvvəl məlum olmuşdu ki, Rusiya hərbçiləri Xarkov vilayətində yeni sıçrayış edib. Hadisə Petrovpavlovka kəndində baş verib.