Ağcabədi Suvarma Sistemləri İdarəsinin kanallar, qurğular, bina və nasos stansiyaları üçün mal-materialların satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma yetərsay olmadığı üçün ləğv edilib.
Rəsmi açıqlamaya əsasən, tenderdə iştirak üçün təklifi və təminatı təqdim edən, eləcə də tələb olunan hallarda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Satınalmanın ehtimal olunan dəyəri 100.649,74 AZN təşkil edirdi.