Naxçıvanda Sosial Xidmətlər Agentliyi 224 min manatlıq inventar alacaqbackend

Naxçıvanda Sosial Xidmətlər Agentliyi 224 min manatlıq inventar alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi əsas vəsaitlərin və yumşaq inventarların satın alınmasını planlaşdırır.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, atınalmanın ehtimal olunan dəyəri 224.531,29 AZN təşkil edir.

Müqavilə çərçivəsində pərdə-tül, günəşlik, aşpaz və mətbəx işçiləri üçün geyim forması, masa örtüyü, hamam dəsmalları, üz və əllər üçün dəsmallar və digər ləvazimatların alınması nəzərdə tutulur.