Putin və Tramp Alyaskada qlobal strateji təhlükəsizliyi müzakirə edəcəkbackend

Putin və Tramp Alyaskada qlobal strateji təhlükəsizliyi müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp Alyaskada keçiriləcək danışıqlar zamanı qlobal strateji təhlükəsizlik mövzusunu mütləq müzakirə edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

“Mövzu həm Rusiya, həm ABŞ, həm də bütün dünya üçün vacibdir. Şübhəsiz ki, bu mövzu müzakirə olunacaq”, – deyə mənbə liderlərin görüş gündəliyi barədə sualı cavablandırarkən bildirib.

Həmçinin mənbə qeyd edib ki, sammit zamanı sanksiyaların destruktiv təsiri mövzusu da gündəmə gələcək. TASS mənbəsi əmin olduğunu bildirib ki, bu görüş Rusiya və ABŞ diplomatik missiyalarının normal fəaliyyətinə qayıtması üçün əsas yaradacaq.