Serbiyada keçirilən etiraz aksiyalarında baş verən qarışıqlıqların böyük əksəriyyəti xaricdən qaynaqlanır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Radio və Televiziya Serbiyasının efirində bildirib.
“Əgər deməsəm, çox sadəlövh olaram və dürüst olmazdım – bunların böyük əksəriyyəti xaricdən qaynaqlanır. Sadəlövh olmayın. Polisin sərtliyi və Kraguyevtstdə polisləri öpməyə cəhd kimi hadisələrin hamısı artıq müxtəlif rəngli inqilablarda, ‘Ərəb baharı’ndan tutmuş ölkəmizdə 25–26 il əvvəl baş verənlərə qədər görülüb”, – deyə siyasətçi vurğulayıb.
O əlavə edib ki, bunlar böyük yeniliklər deyil.