Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasında texniki mərtəbədə və universitetin girişində cari təmir işləri həyata keçiriləcək.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 98.126,88 AZN olaraq müəyyən edilib.
Təmir işləri universitetin infrastrukturunun yaxşılaşdırılması və tələbələrin daha rahat şəraitdə təhsil alması məqsədini daşıyır.