Rusiya ordusu avqustun 18-nə keçən gecə Ukrayna ərazisinə pilotsuz uçuş aparatları ilə növbəti hücum həyata keçirib.
NOCOMMENT.az Ukraynanın “Unian” portalı məlumat yayıb.
Hücum zamanı Odessada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsi “Shahed” tipli PUA ilə vurulub. Hadisənin detalları hələ açıqlanmayıb.
Xatırladaq ki, avqustun 7-dən 8-nə keçən gecə də rusiyalı hərbçilər SOCAR şirkətinin Odessa vilayətində yerləşən neft bazasına hücum etmişdilər. Beş “Shahed” pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində yanğın baş vermiş, dizel boru kəmərinə zərər dəymişdi. Nəticədə şirkətin 4 əməkdaşı ağır yaralanmışdı.
Bundan əvvəl isə Azərbaycanın qazının Ukraynaya nəql edildiyi enerji obyektinə hücum edilmişdi.\\Bakupost.az