Şəhidləri təhqir edən ərəblər hansı ölkənin vətəndaşlarıdır?backend

Şəhidləri təhqir edən ərəblər hansı ölkənin vətəndaşlarıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Şəhidlər Xiyabanında nalayiq hərəkətlər edərək videogörüntü çəkib sosial şəbəkələrdə yayan 3 turist barəsində cinayət işi başlanılıb.

NOCOMMENT.az bakupost-a istinadən xəbər verir ki, həmin şəxslər Səudiyyə Ərəbistanı vətəndaşlarıdır.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, onlar avqustun 13-də Bakıya turist kimi gəlib və 5 gün qalmaq niyyətində olublar. Lakin çəkdikləri videonu sosial şəbəkələrdə paylaşdıqları üçün məsuliyyətə cəlb ediliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi açılıb. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hər üç nəfər saxlanılıb və istintaqa cəlb olunub.