Vaşinqton Kiyevə “çox yaxşı müdafiə” təmin etməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı bildirib.
Trampın sözlərinə görə, ABŞ Ukraynaya yüksək səviyyədə təhlükəsizlik təmin edəcək.
“Biz onlara çox yaxşı müdafiə verəcəyik”, – deyə Tramp əlavə edib.
O həmçinin qeyd edib ki, Avropa Ukraynaya təhlükəsizlik zəmanətləri təqdim etməyə hazırdır və ABŞ buna yardım göstərəcək.