Rusiya Ukraynada NATO ölkələrinin hərbi kontingentinin yerləşdirilməsini qəbul etmir və bunun nəticələrinin proqnozlaşdırıla bilməyən olacağı xəbərdarlığını edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz açıqlamasında bildirib.
Zaxarovanın sözlərinə görə, “Biz Ukraynada NATO ölkələrinin hərbi kontingentinin yerləşdirilməsini nəzərdə tutan hər hansı ssenariləri qətiyyətlə rədd edirik. Bu, konflikti nəzarətsiz şəkildə eskalasiya etdirə və nəticələri proqnozlaşdırıla bilməz vəziyyətə gətirə bilər. İngiltərə də daxil olmaqla bəzi Avropa ölkələrinin bu barədə açıqlamaları isə əslində onların Ukrayna istiqamətində açıq-provokativ və mənfəətçi niyyətlərini göstərir”.