Əhalinin NƏZƏRİNƏ: Bu məhsullar bahalaşacaq – SƏBƏBbackend

Əhalinin NƏZƏRİNƏ: Bu məhsullar bahalaşacaq – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda qoyun və keçilərin ümumi sayında 3,4 faiz azalma qeydə alınıb. Bəs, bu azalma ət və süd məhsullarının qiymətinə necə təsir göstərə bilər?

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, heyvandarlıqla məşğul olan əhalinin və fermerlərin sayı azalır. Xırdabuynuzlu heyvanların saxlanması xərcləri isə baha başa gəlir:

Qızıl, dollar, kriptovalyuta... Azərbaycanda hansı yatırım daha təhlükəsiz  və qazanclıdır? - İqtisadçı şərhi

“Əsasən də qoyun və keçilərin saxlanması üçün şərait məhduddur. Çünki örüş yerləri demək olar ki, tamamilə zəbt edilib. Heyvanların sayı azaldığına görə, kəsimlər aşağı düşür. Bu, süd məhsullarının qiymətlərinə ciddi təsir göstərmir, amma ətin maya dəyərinə təzyiqi artırır”.

Ekspert qeyd edib ki, təklifin azalmasına baxmayaraq, tələb sabit olaraq qalır və bu da qiymətlərin artmasına gətirib çıxarır:

“Hazırda qoyun ətinin qiyməti Bakı şəhərində 22 manata qədər bahalaşıb. Bu isə kəsimlərin azalması ilə birbaşa bağlıdır”.