Fransa prezidenti Emmanuel Makron Rusiya ilə münaqişənin sülh yolu ilə həllində Ukraynaya təhlükəsizlik zəmanətlərinin müəyyənləşdirilməsi üçün qarşıdakı iki həftənin “həlledici əhəmiyyət” daşıdığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, o, bunu LCI telekanalına müsahibəsində deyib.
“Qarşıdakı 15 gün bizim üçün ABŞ-la işi tamamlayaraq təhlükəsizlik zəmanətlərini real məzmunla doldurmaq baxımından həlledici olacaq”, – deyə Makron vurğulayıb.
Fransa lideri həmçinin “istəkli ölkələr koalisiyası” adlandırılan – Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə və digər tərəfdaşları ön cəbhədə deyil, hava, dəniz və quruda təhlükəsizliyin təmin olunması əməliyyatlarına hazır olmağa çağırıb.