Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında Ankaranın Ukraynada davamlı sülhün bərqərar olmasına yönəlmiş yanaşmaları dəstəklədiyini bildirib.
NOCOMMENT.az bildirir ki, bu barədə Türkiyə liderinin administrasiyası söhbətdən sonra məlumat verib.
“Söhbət zamanı Alyaska sammitinin nəticələri və Türkiyə ilə Rusiya arasında ticarət mövzusu da daxil olmaqla ikitərəfli əlaqələr müzakirə edilib. Prezident Ərdoğan sülh prosesindəki prosesləri yaxından izlədiyini, Türkiyənin müharibə başlayandan bəri səmimi şəkildə ədalətli sülh üçün səy göstərdiyini və bütün tərəflərin iştirakı ilə davamlı sülhün bərqərar olmasına yönəlmiş yanaşmaları dəstəklədiyini bildirib”.