ABŞ prezidenti Donald Trampla söhbətində Vladimir Zelenski yenidən ABŞ və Avropa ölkələrindən Ukraynaya zəmanət istəyib.
NOCOMMENT.az bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Biz həm Avropanın, həm də ABŞ-ın iştirakı ilə [Ukraynanın] təhlükəsizliyinə etibarlı və uzunmüddətli təminat verməliyik”, – deyə Zelenski öz Telegram kanalında yazıb və Ukrayna üçün vacib olan bütün məsələlərin Kiyev hakimiyyətinin iştirakı ilə müzakirə olunmasını arzuladığını təkrarlayıb.
Bundan əlavə, o, “üçtərəfli görüş [Rusiya-ABŞ-Ukrayna] olmazsa” Rusiyaya qarşı daha sərt sanksiyalara çağırıb.
RBC-Ukrayna agentliyinin məlumatına görə, Trampla söhbət zamanı “NATO-ya aid olmayan 5-ci maddə təhlükəsizlik zəmanətləri” kimi formalaşdırılan təhlükəsizlik təminatları məsələsi qaldırılıb, yəni Şimali Atlantika Müqavilənin kollektiv təhlükəsizliklə bağlı 5-ci bölməsində olduğu kimi təhlükəsizlik zəmanətləri, lakin NATO formatında deyil.
Zelenski daha sonra avqustun 18-də Vaşinqtonda Trampla görüşəcəyini açıqlayıb.