Quraqlıq dörd rayonun əkin sahələrini məhv etdi – 100 hektardan çox ziyanbackend

Quraqlıq dörd rayonun əkin sahələrini məhv etdi – 100 hektardan çox ziyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrkutsk vilayətində dörd bələdiyyədə quraqlıq səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq sərəncamı bölgənin qubernatoru İqor Kobzev imzalayıb.

Quraqlıq nəticəsində kənd təsərrüfatı bitkilərinin 100 hektardan artıq əkin sahəsi məhv olub. Söhbət Balagansk, Nukuț, Ust-Uda və Exirit-Bulaqat bələdiyyə rayonlarından gedir.

Hər bir rayonun merlərinə əhaliyə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə məlumat vermək, həmçinin quraqlıqdan dəymiş ziyanı hesablamaq və sənədləşdirmək tapşırılıb.