Ermənistanın keçmiş səhiyyə naziri Arsen Torosyan deputat mandatından imtina edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistanın KİV-i yayıb.
Hakim partiyadan olan deputat artıq müvafiq ərizəni Parlamentin sədrinə təqdim edib.
Deputat mandatından imtina edən Arsen Torosyanın Ermənistanın Əmək və Sosial Məsələlər naziri təyin ediləcəyi bildirilir.
Hazırki nazir Narek Mkrtçyan isə səlahiyyət müddəti başa çatmaqda olan səfir Lilit Makuntsun yerinə Ermənistanın ABŞ-da səfiri təyin olunacaq.