Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) Kursk vilayətində Rusiya ordusunun general-leytenantı Esedulla Abaçevi ağır yaralayıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə qurum sosial şəbəkələrdə məlumat yayıb.
“Rusiya Silahlı Qüvvələrinin general-leytenantı Esedulla Abaçev XƏQ-in həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ağır yaralanıb. Xüsusi Əməliyyat Qüvvələrinin UA_REG TEAM bölməsi Rusiya Silahlı Qüvvələrinin “Şimal” qoşun qruplaşmasının komandan müavininin avtomobilini atəşə tutub. Bu, avqustun 17-si gecə Kursk vilayətinin Rılsk şəhərindən 5 kilometr məsafədə baş verib”, – məlumatda qeyd olunur.
XƏQ-in məlumatına görə, yaralanan generalın əli və ayağı amputasiya edilib. O, təcili olaraq təyyarə ilə Moskvaya çatdırılıb.