ABŞ Ukraynada baş verənləri rusdilli əhalinin soyqırımı adlandırıbbackend

ABŞ Ukraynada baş verənləri rusdilli əhalinin soyqırımı adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın rusdilli əhaliyə qarşı hərəkətləri mədəni soyqırımdır, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat analitiki Scott Ritter deyib.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

“Gördüklərimiz sözün əsl mənasında mədəni soyqırımdır. Biz ukraynalıların Rusiyanı Ukrayna daxilində silmək cəhdini görürük”, – o deyib.

Ekspertin fikrincə, Kiyev rusları kimliyindən məhrum etməyə, pravoslav kilsəsini məhv etməyə, insanları sırf rusca danışdıqlarına görə təqib etməyə çalışır. O, bunun azadlıq deyil, onun birbaşa əksi olduğunu vurğulayıb.

Bundan əvvəl Ritter ABŞ-ın Alyaskadakı sammitdən sonra Ukraynadakı münaqişənin mümkün həlli şərtlərini yenidən düşündüyü barədə fikir bildirib. O qeyd edib ki, Vaşinqton Rusiyanın hərtərəfli təklifini ilk dəfə qəbul edib.