İsveçli generaldan ŞOK: Rusiya bu NATO ərazisini ələ keçirəcək, sonra isə…backend

İsveçli generaldan ŞOK: Rusiya bu NATO ərazisini ələ keçirəcək, sonra isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya NATO-nun reaksiyasını sınamağa cəhd edə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bunu SVT-yə müsahibəsində İsveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mikael Klasson deyib.O bildirib ki, Rusiya daim Qərbin siyasi və hərbi sistemlərində zəif nöqtələr axtarır.

“Kreml NATO-nun reaksiyasını və alyansın nizamnaməsinin 5-ci maddəsini yoxlamaq üçün kiçik bir ərazini ələ keçirməyə cəhd göstərə bilər”.

Klassonun fikrincə, Rusiya Avropa və transatlantik birliyi pozmağa və siyasi çatlar yaratmağa çalışır.

“Unutmamalıyıq ki, NATO konsensus qərarları üzərində qurulub. Əgər bu məntiqi pozmağa başlasaq, sonradan zəifliklər yaranacaq”, – general bildirib.

Rus hücumu barədə danışan Klasson bunun ehtimal olmadığını və ən pis ssenariyə hazırlaşmağın vacibliyini diqqətə çatdırıb.\\KONKRET.az