Tramp: Bayden Ukraynaya Rusiyaya hücum etmək imkanı vermədibackend

Tramp: Bayden Ukraynaya Rusiyaya hücum etmək imkanı vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsi haqqında danışıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə o özünün “Truth Social” hesabında paylaşım edib.

“İşğalçı ölkəyə hücum etmədən müharibəni udmaq qeyri-mümkün deyilsə də, çox çətindir. Bu ona bənzəyir ki, idmanda hansıa bir komandanın fantastik müdafiə qabiliyyəti var, amma ona hücum etməyə icazə verilmir. Belə bir halda udmaq şansı yoxdur”- Tramp qeyd edib.

O, ABŞ-ın əvvəlki prezidenti Co Baydeni Ukraynaya hücum etmək icazəsi verməməkdə və sadəcə özünü müdafiə etmək həddində kömək götərməkdə ittiham edib.

Tramp bir daha vurğulayıb ki, əgər özü vəzifədə olsaydı Rusiya-Ukrayna müharibəsi heç vaxt baş verməzdi.