Reuters: Rusiya Ukraynadan Donbasdan imtina və NATO-dan uzaq durmağı tələb edirbackend

Reuters: Rusiya Ukraynadan Donbasdan imtina və NATO-dan uzaq durmağı tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna ilə bağlı əsas tələbləri – Kiyevin Donbasdan imtina etməsi, NATO-ya üzvlükdən əl çəkməsi, neytrallığı qoruması və ölkədə Qərb qoşunlarının yerləşdirilməməsidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, “Putin Ukraynanın bütün şərqi Donbasdan əl çəkməsini, NATO-ya üzvlük iddialarından vaz keçməsini, neytral mövqe saxlamasını və Qərb hərbi qüvvələrinin ölkəyə buraxılmamasını tələb edir”.

Reuters-in mənbələrinin iddiasına görə, Moskva guya 2024-cü ilin iyununda Rusiya Prezidenti tərəfindən irəli sürülən ərazi tələblərinə nisbətən müəyyən güzəştə gedib. Həmin vaxt Ukraynadan Donetsk və Luqansk vilayətlərindən ibarət Donbası, eləcə də Xerson və Zaporojeni Rusiyanın tərkib hissəsi kimi tanıması tələb olunurdu.

Yeni təklifdə isə Rusiya prezidenti Kiyevdən Donbasda hələ də Ukraynanın nəzarətində olan ərazilərdən tamamilə qoşun çıxarmağı tələb edir. Əvəzində Moskva guya “Zaporojye və Xersonda mövcud cəbhə xəttini saxlamağa” hazır olduğunu bildirir.