Politico: Tramp Rusiyaya yeni ultimatumla Putin-Zelenski görüşünü sürətləndirə bilərbackend

Politico: Tramp Rusiyaya yeni ultimatumla Putin-Zelenski görüşünü sürətləndirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp, Rusiyaya yeni ultimatum irəli sürməklə, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüşün sürətləndirilməsinə təsir göstərə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Politico-nun baş siyasi şərhçisi Conatan Martin öz köşə yazısında bildirib.

Martin qeyd edib: “Tramp tarix təyin etməyi sevir, niyə yayda etdiyi kimi yenə bir ultimatum irəli sürməsin? Əgər Putin 15 sentyabra qədər danışıqlar masasına oturmasa — Trampın adətən təyin etdiyi ‘iki həftədən’ bir qədər artıq müddət — Rusiyaya yeni sanksiyalar dalğası endiriləcək”.

Şərhçinin fikrincə, Putin və Zelenski arasında görüş yalnız nəticələrin təminatlı olacağı təhdidlər olduqda baş tuta bilər. Martin əlavə edib ki, belə bir qərar “tam paket ikinci dərəcəli sanksiyaları” əhatə edəcək və təsirli ola bilər.