Yəmənin üsyançı hərəkatı “Ənsar Allah”ın (husilər) silahlı qüvvələri bu həftə Qırmızı dənizin şimal hissəsində iki gəmiyə zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərəkatın lideri Əbdül Malek əl-Husi bildirib.
Onun sözlərinə görə, hücumun səbəbi həmin gəmilərin husilər tərəfindən tətbiq olunan İsrail limanları ilə əməkdaşlıq qadağasını pozmasıdır.
“Bu həftə biz Qırmızı dənizin şimalında iki əməliyyat keçirdik və embarqonu pozan iki gəmiyə zərbə endirdik”, — deyə Mələk əl-Husi bildirib.