ABŞ və Avropa ölkələri Ukrayna konfliktinin həllinə yönəlmiş danışıqları dəstəkləmək məqsədilə hərbi əməliyyat variantlarını hazırlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin mətbuat xidməti TASS-a məlumat verib.
Məlumatda bildirilir ki, Finlandiya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Ukrayna və ABŞ baş qərargah rəisləri, eləcə də NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, amerikalı general Aleksus Qrinkevich 19–20 avqust tarixlərində Vaşinqtonda görüş keçiriblər.
Yayılan açıqlamada qeyd olunur ki, baş qərargah rəisləri danışıqları dəstəkləmək və Avropada sülhün təmin olunması üçün mümkün hərbi fəaliyyət mexanizmlərini hazırlayıblar. Bu variantlar hər bir iştirakçı ölkənin milli təhlükəsizlik üzrə rəhbər köməkçilərinə təqdim ediləcək.